RU

Trampın şikayətləri BMT əməkdaşlarına təsir etdi

ABŞ Prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Nyu-Yorkdakı mənzil -qərargahının vəziyyəti ilə bağlı şikayətləri BMT Baş Assambleyasının davam edən 80-ci sessiyası çərçivəsində ən çox müzakirə olunan mövzuya çevrilib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” BMT rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin mənbələri 2015-ci ildə təmir olunsa da, binanın “yarasız vəziyyətdə” olduğunu və təmirə ehtiyacı olduğunu təsdiqləyib. Onlar həmçinin eskalatorların işləməməsi, üzlüklərin cırılması və təhlükəsizlik keçid məntəqələrində nasazlıqların olduğunu bildiriblər.

Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edən Tramp BMT qarşısında çıxış etməkdən şərəf duyduğunu, lakin işləməyən eskalator və teleprompterin onu “daha ​​da maraqlı” etdiyini söyləyib.

Tramp həmçinin BMT-ni tənqid atəşinə tutub və qeyd edib ki, təşkilat böyük potensiala malikdir, lakin bunu reallaşdırmağa “heç yaxın” deyil.

Избранный
93
11
operativmm.az

10Источники