Olaylar.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
"Polşa Respublikasının Sərhəd Xidməti keçid məntəqələrinin sentyabrın 25-dən etibarən açılacağı barədə bizi məlumatlandırıb" - məlumatda bildirilir.
Qeyd edək ki, Varşava bu ölkə ilə sərhəddəki bütün keçid məntəqələrini Belarusla Rusiyanın birgə keçirdiyi "Qərb-2025" təlimləri ilə əlaqədar bağlamışdı. Polşanın Daxili İşlər Nazirliyi keçid məntəqələrinin qeyri-müəyyən vaxtadək bağlı qalacağını və yalnız təhlükəsizliklə bağlı vəziyyətinin qiymətləndirilməsindən sonra açılacağını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31