RU

2030 cu il dünya çempionatı 64 komanda ilə keçirilə bilər

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2030-cu il dünya çempionatını 64 komanda ilə keçirə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb.

Məlumata görə, bu təkliflə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes çıxış edib.

Bu halda turnir hər birində dörd komanda olmaqla 16 qrupda keçiriləcək. İlk iki yeri tutan komanda isə pley-offa yüksələcək.

Oyunlar altı ölkədə keçiriləcək: açılış oyunları Uruqvay, Paraqvay və Argentinada, əsas mərhələ isə İspaniya, Portuqaliya və Mərakeşdə baş tutacaq.

Dünya çempionu turnirdə qalib gəlmək üçün səkkiz görüş keçirməli olacaq.

Qeyd edək ki, bundan əvvəl FIFA turnirin iştirakçı sayını 32 komandadan 48 komandaya qədər artırmaq barədə qərar qəbul edib. Bu baxımdan, 2026-cı il dünya çempionatı tarixdə 48 milli komandanın iştirak edəcəyi ilk çempionat olacaq. Çempionat 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
yeniavaz.com

1Источники