RU

Əsədovdan qərar: Yeni komissiya yaradıldı

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası təsdiq edilib.

Aktual.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir:

Daimi komissiyanın sədri

Azərbaycan Respublikasının Baş naziri

Daimi komissiya sədrinin müavini

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Daimi komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Qərarla həmçinin, "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi” də təsdiq edilib.

Избранный
29
4
ulusum.az

10Источники