RU

2030-cu il dünya çempionatı 64 komanda ilə keçirilə bilər


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2030-cu il dünya çempionatını 64 komanda ilə keçirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb.
Məlumata görə, bu təkliflə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes çıxış edib.
Bu halda turnir hər birində dörd komanda olmaqla 16 qrupda keçiriləcək. İlk iki yeri tutan komanda isə pley-offa yüksələcək.
Oyunlar altı ölkədə keçiriləcək: açılış oyunları Uruqvay, Paraqvay və Argentinada, əsas mərhələ isə İspaniya, Portuqaliya və Mərakeşdə baş tutacaq.
Dünya çempionu turnirdə qalib gəlmək üçün səkkiz görüş keçirməli olacaq.
Избранный
22
yeniavaz.com

1Источники