RU

Macarıstan Trampın Rusiya nefti ilə bağlı tələbini geri çevirəcək

Xarici işlər naziri Siyyarto: Coğrafi məhdudiyyətlər səbəbindən biz bu idxalı dayandıra bilmərik...

Macarıstan ABŞ prezidenti Donald Trampın Rusiyadan neft alışı ilə bağlı çağırışlarını qəbul etməyəcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, xarici işlər naziri Péter Siyyarto Bloomberg-ə müsahibəsində bildirib ki, Budapeşt Rusiya neftindən imtina edə bilməz, çünki ölkə dənizə çıxışı olmayan dövlət kimi enerji təminatında ciddi coğrafi məhdudiyyətlərlə üz-üzədir.

Nazirin sözlərinə görə, Macarıstanın enerji təhlükəsizliyi birbaşa olaraq Rusiyadan gələn xammal təchizatından asılıdır. “Bizim başqa alternativimiz yoxdur. Macarıstanın coğrafi mövqeyi bizi müəyyən reallıqlarla üz-üzə qoyur”, — deyə Siyyarto qeyd edib.

Qeyd edək ki, Macarıstan uzun illərdir Drujba neft kəməri vasitəsilə Rusiya xammalını alır və bu, ölkənin enerji balansında mühüm rol oynayır. Alternativ marşrutların olmaması səbəbindən Budapeşt Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarında da dəfələrlə güzəştlər əldə edib.

Ekspertlərin fikrincə, Macarıstanın bu mövqeyi həm ABŞ-la, həm də Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yarada bilər. Bununla belə, rəsmi Budapeşt bildirir ki, ölkə iqtisadiyyatının davamlılığı və enerji sabitliyi milli maraqların qorunmasını tələb edir.

Poliqon.info

Избранный
4
poliqon.info

1Источники