Tribuna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ermənistanda nəşr olunan “Hraparak” qəzeti iddia ilə çıxış edib.
Tribunainfo.az xəbər verir ki, erməni nəşri bu günlərdə Bakıda səfərdə olan Ermənistan MTX-nin direktoru Andranik Simonyanın Bakıya siyahı təqdim etdiyini yazıb.
Nəşr qeyd edir ki, Simonyan Bakıda olarkən keçirdiyi rəsmi görüşdə Azərbaycanda həbsdə olan 10 erməninin azad edilməsi üçün müraciət edib. Həmin şəxslərin adları olan siyahını isə rəsmi şəxslərə təqdim edib. “Onların arasında Qarabağın hərbi-siyasi rəhbərliyindən heç kimin adı yoxdur”.
“Hraparak” təkcə bununla yetinməyib. Nəşr onu da iddia edib ki, Azərbaycan tərəfinin də tələbləri olub. “Simonyanın siyahısında olanların əvəzində Azərbaycan hazırda Ermənistanda həbsdə olan Suriya vətəndaşları Muhrab Muhammad al-Shxeri və Yousef Alabet al-Hacinin azad edilməsini istəyib”.
P.S. Erməni nəşrinin hansısa suriyalının Ermənistan tərəfindən azad edilməsinə dair xahişi barədə yazdıqları blefdir. Çünki indiyə qədər rəsmi Bakı belə bir istəyini azca da olsa dilə gətirməyib, publik deməyib. Erməni qəzeti 2020-ci ildə guya, Qarabağda “döyüşmüş” şəxs kimi həbs etdiyi həmin adamların adını yazmaqla, məsələni fərqli yönə çəkməyə çalışır. Onlar bununla “göstərmək” istəyirlər ki, guya, 44 günlük savaşda Suriyadan gətirilmiş muzdlular da varmış.
Fərda Uğur
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.