RU

Ombudsman: Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif siyasəti Konstitusiyaya uyğun deyil

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparıb.

"Bakuinfo" xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumata görə, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.

Qeyd olunub ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.

Ombudsman vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlayacaq. // Report

Избранный
2
49
bakuinfo.net

10Источники