Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan İspaniya iqtisadiyyatına 47 milyon 620 min ABŞ dolları investisiya yatırıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 milyon 209 min ABŞ dollar və ya 2,7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın İspaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 3,5% təşkil edib.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 349 milyon 802 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!