RU

“Son 5 ildə iqtisadi münasibətlərimiz 560 milyon dollara çatıb”

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

“Bu gün xanım Brnabiç Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan-Serbiya əlaqələrinə dair söhbət apardıq. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əməkdaşlığımız gündən-günə genişlənir”.

“Qafqazinfo” xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisdə Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə brifinqdə deyib.

“Dövlət başçılarımızın qarşılıqlı səfərləri, dostluq münasibərtləri ikitərəfli və çoxtərəfli əlaqələrdə xüsusi rola malikdir. Bu gün ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələrdə parlamentlərarası münasibətlər çox yüksək səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Nümayəndə heyətlərimiz daim təmasda olur və bir-birini dəstəkləyir. Hesab edirəm ki, biz bütün imkanlardan faydalanaraq əlaqələrin daha da genişləndirilməsinə nail olacağıq”, - S.Qafarova söyləyib.

Ana Brnabiç isə bildirib ki, bizim ikitərəfli əlaqələrimiz örnək təşkil edir: “Prezidentlərimizin təşəbbüsü ilə ikitərəfli münasibətlərimizi genişləndirdik. Sahibə Qafarova ilə ötən il Cenevrədə görüşmüşdük. Bu zaman parlamentlərarası əlaqələrlə bağlı Anlaşma Memorandumu imzalanmışdı. Biz Prezident İlham Əliyevin Serbiyaya səfərləri ilə bağlı şərəf hissi duymuşduq.

İqtisadi əməkdaşlığa gəldikdə isə son 5 ildə iqtisadi münasibətlərimiz 20 milyon dollardan 560 milyon dollara çatıb. Amma bu bizim real potensialımızdan çox-çox aşağıdır. Hökumətlərimiz bu əlaqələrin genişlənməsində çox maraqlıdır. Ticarət dövriyyəmizi artırmaqda qərarlıyıq. Biz enerji sahəsində münasibətlərin genişlənməsinə böyük töhfə veririk. Azərbaycan qazını Bolqarıstana ötürə biləcəyik, danışıqlarımızı davam etdiririk və yeni qaz sazişini imzalamağı arzulayırıq.

Təhsil sahəsində də ilk dəfə olaraq Azərbaycandan gələn tələbələr bizim təaqüdlərimizlə Serbiyada təhsil alırlar. Eyni şəkildə də Serbiyadan Azərbaycana gələn tələbələr də Azərbaycan təqaüdü ilə təhsil alırlar”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
qafqazinfo.az

1Источники