RU

Bahalı dərmanların ucuz alternativi: TikTok da nə baş verir?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son dövrlər “TikTok” platformasında əczaçılar canlı yayımlar açaraq vətəndaşlara dərman tövsiyələri verirlər. 

Yayım zamanı əczaçılar hər kəsin büdcəsinə uyğun, ucuz dərmanlar məsləhət görülür. Bəzi vətəndaşlar bu tövsiyələrdən razı qalsa da, digərləri narazılıq bildirir. 

Bəs tibbi yoxlamalar aparılmadan dərman istifadəsi sağlamlıq üçün risklər yarada bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim-terapev Rasif Bağırov bildirib ki,  məsləhət görülən dərmanı istifadə edib razı qaldığını rəylərdə bildirənlər adətən əczaçıların öz tanışları olur:

“Onlar əsasən əczacı deyillər, sadəcə, el arasında müəyyən bitki tərkibli məhsullar və ya ot bitkilərinin, hər hansı bitkilərdən ibarət qarışıq şəkildə öz düşüncələrinə uyğun olaraq nə hazırlayıb əhaliyə təqdim edirlər ki, bizdə belə dərman var.

O dərman nə tibbi ekspertizadan keçir, nə də başqa proseslərdən keçir. Bəzən, hətta xüsusi maddələrlə maz şəkildə hazırlayaraq camaata təqdim edirlər və qiyməti də kifayət qədər ucuz qoyurlar.

Məsələn, 1000 nəfər bunu alanda onlara nə qədər çox xeyir qalmış olur. Bu dərmanı istifadə edib razı qalanlar adətən öz tanıdıqları adamları öyrədib dərmanları təriflədirlər. Bunların hamısı nağıldır.

Dünyanın aparıcı farmakologiya şirkətləri yüngül maz və ya müəyyən dərmanı sınaqdan keçirmək, hansısa fəsadı olacaq, yoxsa olmayacağını görmək üçün illər gözləyirlər. Əgər fəsadlar olmasa, o dərmanları istifadəyə verirlər. Dərman təqdimatı edənlərin heç yazdıqları dərman təyinatı üzrə veriləsə də, bəzi hallarda heç lazım olan effekti ala bilmirlər”.

Onun sözlərinə görə, bahalı dərman ala bilməyən şəxslər əczaçıların məsləhət gördüyü ucuz dərmanı almağa məcbur qalır:

“Xalqımızın səhiyyə sahəsində məlumatları aşağı olduğu üçün belə insanların toruna düşürlər. Eyni zamanda, müəyyən dərman preparatlarının baha olmasından istifadə edən belə adamlar əhaliyə  dərmanı hesab etdiyi maddəni təqdim edirlər.

İnsanlar da düşünürlər ki, bahalı dərmanı ala bilmirik, heç olmasa bunu alıb istifadə edək. Bu vəziyyətdən istifadə etmək fürsətçilikdir. Əslində, bu səhvdir, həmin maddələri hazırlayan insanlar məsuliyyətə cəlb olunmalıdır”.O qeyd edib ki, vətəndaşı belə şəkildə aldadan şəxslərə qarşı tədbirlər görülməlidir: 

“Həmin insanlara çağrılıb deyilməlidir ki, sən bunu camaata təqdim edirsən, sabah bundan adam ölsə və ya hadisə olsa, buna necə cavab verəcəksən? Yaxud da həmin adama kim icazə verib ki, xalqa kimyəvi maddə təklif edir? Bu qida məhsulu olsa, deyərəm ki, satırsan, bunu özün üçün, amma sən bunu dərman adı ilə satırsansa, onun məsuliyyəti var.

Bu dərmanlar həmin adam harda təqdimatdan keçirib, alimlər buna rəy verib ki, həqiqətən bu dərman vasitəsidir. Əslində, Səhiyyə Nazirliyi belə adamlara qarşı müəyyən tədbirlər görməlidir ki, bu özbaşnalıq, xalqa qarşı aparılan belə halların qarşısı alınsın”.

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

dərmanlar "TikTok" Rasif Bağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
cebheinfo.az

2Источники