RU

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev oktyabrın 3-də Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

QHT.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 24 - 30 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Избранный
31
4
qht.az

5Источники