RU

Japarov BMT-də Avropanı sərt TƏNQİD ETDİ

Qırğızıstan prezidenti Sadır Japarov Bişkekin Rusiya ilə sıx iqtisadi və siyasi əlaqələrini müdafiə edərək Avropa İttifaqını tənqid edib.

Olaylar.az xəbər verir ki, Qırğızıstan lideri bu barədə BMT tribunasından bildirib.

"Bizdən Rusiya ilə əməkdaşlıq etməməyi tələb edirsiniz, amma özünüz onunla ticari-iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirsiniz. Bizim isə Rusiya ilə sizdən daha çox iqtisadi əlaqələrimiz var", - Japarov deyib.

O əlavə edib ki, Qırğızıstan əsassız sanksiyaları ölkənin daxili işlərinə müdaxilə və yenicə ayağa qalxan ölkənin inkişafına mane olan təzyiq kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники