RU

Mahir Emrelinin heyətə düşmək problemi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın futbol üzrə milli komandasının hücumçusu Mahir Emreli yeni klubu "Kayzerslautern"in heyətinə düşməkdə problemlə üzləşib. Onun adı Almaniya təmsilçisinin heyətində 2-ci Bundesliqanın son 3 matçında ümumiyyətlə, sifariş ərizəsinə salınmayıb.

QOL.az xəbər verir ki, Almaniyanın nüfuzlu qəzetlərindən olan "Bild"in saytında bu gün bununla bağlı yazı dərc edilib.

Müəllif Daniel Fischer qeyd edir ki, son oyunlarda "Kauserslautern"in baş məşqçisi Torsten Liberknextin (Torsten Lieberknecht) uğurlu qərarları ilə diqqət çəkib. "Halbuki mövsümə zəif start verilmişdi. Ard-arda qazanılan üç qələbə "Qırmızı şeytanlar"ı 2-ci Bundesliqada 4-cü pilləyə yüksəltdi. Komanda lider "Darmstadt"dan cəmi bir xal geri qalır" - yazıda qeyd olunur.

Həmçinin bildirilir ki, bununla belə, klub rəhbərliyi üçün hələ də diqqət tələb edən məsələlər var: "Çünki heyətlə bağlı Liberknextin verdiyi bir qərar gələcəkdə müəyyən narazılıqlara səbəb ola bilər.

Yeni transfer, 28 yaşlı Mahir Emreli ardıcıl üçüncü dəfə – bu dəfə "Proysen Münster" üzərində 4:1 hesablı inamlı qələbənin qazanıldığı oyunda heyətə daxil edilmədi. Liberknextin qərarını belə izah edib: “Mən həmişə yaxşı çıxışı mükafatlandırmaq istəyirəm. Hazırda onun (Mahirin - red.) mütləq oynamalı olduğunu düşünmədim. Komanda hazırda bir dinamika tutub. Belə hallarda arxa planda qalmalı və heyətə qayıtmaq üçün çalışmalısan”.

Müəllif daha sonra yazır: "Başqa sözlə, Azərbaycan millisinin üzvü məşqlərdə özünü heyətə qayıtmaq üçün maksimum səylə çalışdığını göstərmir. Məsələ burasındadır ki, Emreli daha əvvəlki klubu "Nürnberq"də də oxşar problemlər yaşamış, komandada bir qədər təcrid olunmuş vəziyyətdə idi. İndi isə bu vəziyyətə sosial mediada yayımladığı üstüörtülü mesajlarla reaksiya verir.

"Münster" üzərindəki qələbədən sonra Emreli İnstaqramda isveçli ulduz Zlatan İbrahimoviçin bir videosunu paylaşdı. Videoda deyilirdi: “Bəziləri sənin haqqında pis, bəziləri isə yaxşı danışır. Amma əgər pis danışırlarsa, deməli, sən düzgün yoldasan”.

Bundan əlavə, o, öz fotolarını paylaşaraq belə yazıb: “Ain’t nothing but a thing” – bu ifadə təxminən “Heç bir önəmi yoxdur” mənasına gəlir.

O, "Qroyter" üzərindəki 3:0 hesablı qələbədən sonra da maraqlı bir paylaşım etdi. Halbuki həmin vaxt artıq belindəki ağrılar aradan qalxmışdı, amma yenə də heyətə daxil edilməmişdi. Emreli həmin paylaşımda komanda yoldaşlarının azarkeşlərlə çəkilmiş fotosunu yayımlayaraq sadəcə bu sözləri yazdı: “Bu qələbə münasibətilə oyunçuları təbrik edirəm”. Bütün bu paylaşımlar onu göstərir ki, Mahir Emreli məşqçisinin qərarından razı deyil..." - deyə yazıda bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
3
qol.az

4Источники