RU

Azərbaycanlı FİFA referisi 3 oyuna təyinat aldı

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Operativ Media xəbər verir ki, K. Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Избранный
19
19
operativmedia.az

10Источники