Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədovla ("Gizir Xanı") vida mərasimi keçirilib.
Far.Az APA-ya istinadla xəbər verir ki, vida mərasimi mərhumun yaşadığı məcburi köçkünlər üçün salınmış Ağdam rayonu Baharlı qəsəbəsindəki evində təşkil olunub.
"Gizir Xanı" Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda dəfn olunacaq.