RU

Qonorar barədə əvvəldən xəbərdarlıq edilmişdi - Şahbaz Xuduoğludan CAVAB

Şair Qismət Rüstəmov “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu barədə sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

O, Şahbaz Xuduoğlunu qonorarları gecikdirməkdə ittiham edib.

“Səkkiz aydır qonorarımızı ala bilmirik. “Qanun” Nəşrlər Evi milli irsimizə yiyə durmaq, folklorumuzun əbədiyaşar mifoloji məntiqini iş həyatına tətbiq etmək üçün yeni qonorar sistemi yaradıb. Kim hər həftə Şahbaz bəyin paylaşdığı yemək videolarına baxıb bu yanıltmacı deyə bilmirsə, qonorarını ödəmirlər", - Qismət bildirib.

Modern.az məsələ ilə əlaqdar Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Şahbaz Xuduoğlu bildirib ki, “Qanun” nəşriyyatı Qismət Rüstəmovla yox, onun həyat yoldaşı ilə çalışır və onlara qonorarlar barədə əvvəlcədən xəbərdarlıq edilib:

"Məsələ burasındadır ki, biz Qismət Rüstəmovla yox, onun həyat yoldaşı İlahə Əkbərlə əməkdaşlıq edirik. Hər il biz tərcüməçiləri xəbərdar edirik ki, yay ayları böhranlı olur və adətən bu aylarda qonararlar ödənilmir. Biz tərcüməçilərlə, eləcə də İlahə Əkbərlə “freelance” işləyirik. Yəni onun öz işi var, sadəcə boş vaxtlarında bizə tərcümələr edir”.

Ş.Xuduoğlu növbəti kitab sərgisindən sonra qonorarları ödəyəcəklərini söyləyib:

“Yay aylarında adətən biz küçələrdə - Nəriman Nərimanovda, Elmlər Akademiyasıda sərgilər edirdik və həmin sərgilər hesabına da qonararları ödəyirdik. Bu il ümumiyyətlə, ona icazə verilmədi, qonorar ödəyə bilmədik. Tərcüməçilərə yay aylarında qonarar ödənilməyəcəyi ilə bağlı xəbərdarlıq etmişik. İndi Beynəlxalq Kitab Mərkəzində sərginin keçirilməsi gözlənilir. Sərgidən sonra qonorarlar ödəniləcək”.

Избранный
33
1
modern.az

2Источники