RU

Müğənnidən analara çağırış: Qızlarınızı "TikTok"-dan qoruyun! - VİDEO

“Baxırsan, bugünkü gəncliyimiz “TikTok”da itib-batır. Hoqqa verirlər, olmaz”.

News24.az xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə “Şou MTV”yə açıqlamasında deyib.

“Ən çox da günahkar kimdir? Analar. Biz kişilər səhər papağımızı başımıza qoyuruq, o da varsa, gedirik pul qazanmağa. Evdə uşaqla anası qalır. Əziz, gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun. Qızlarınızı “TikTok”dan, "İnstagram"dan uzaq tutun. Vaxtı gələndə həmin sosial şəbəkə platformalarından istifadə edəcəklər, amma indi yox. Qızlara oğlan kimi rəqs etdirirlər. Qoy qızlarımız xanım kimi böyüsünlər”, -deyə o bildirib.


Избранный
33
3
news24.az

10Источники