RU

Azərbaycandakı konsaltinq şirkəti ləğv edildiyini açıqladı

Azərbaycanda 2021-ci ildə təsis edilən konsaltinq şirkəti “SMT Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edildiyini açıqlayıb.

Kommersant.az xəbər verir ki, həftənin çərşənbə günü şirkət tərəfindən verilən açıqlamada ləğv olunduğunu elan edib.

“Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 9 ünvanına bildirə bilərlər”- deyə bildirilir.

Şirkət yarandığı gündən ona rəhbərlik Elina Qordona həvalə edilib. E.Qordon Rusiyada təhsil alsa da, indiyə qədər ABŞ və Kanadada müxtəlif vəzifələrdə çalışıb.

Bakıda təsis edilən SMT-nin 100 manat nizamnamə kapitalı vardı.

SMT hazırda dünyada audit və məsləhət verən şirkətlər qrupu sayılır.

Избранный
16
1
kommersant.az

2Источники