RU

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2025-ci ildə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC)neft kəməri vasitəsilə Türkiyə ərazisindən 139,45 milyon barrelneft daşınıb.

Trend bu barədəTürkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 147,53milyon barrel təşkil edirdi. Beləcə, nəql həcmi 5,5 faizazalıb.

2025-ci ilin avqus ayında BTC vasitəsilə Türkiyə ərazisindən16,69 milyon barrel neft nəql olunub ki, bu da 2024-cü ilin avqustgöstəriciləri (16,85 milyon barrel) ilə müqayisədə 0,9 faizazdır.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 kmGürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Borukəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci ilmayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmişBTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Məqalədə:
Избранный
11
1
az.trend.az

4Источники