“Biz torpaqlarımızı azad edəndən sonra ermənilərin bir qarış da torpaqlarına göz dikmədik”.
Bunu Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyaların Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclasında deyib.
O bildirib ki, indi 100-dən çox regional müharibə gedir, amma nə üçün getdiyini bilmir: "Dünya malı üçündürsə, hər şey bu cahanın, bu dünyanındır. Biz yəhudilər uzun illərdir Azərbaycanda yaşayırıq. Həmişə qeyd edirəm ki, biz əcdadlarımıza minnətdar olmalıyıq ki, belə məkanı bizə məskən seçiblər".(APA)