RU

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının iclası çərçivəsində təntənəsi (VİDEO)

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu günNyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdəngörüntülər paylaşıb. Dünya Azərbaycan və ABŞ liderləri İlham Əliyevvə Donald Tramp arasında səmimi dialoqun kadrlarını gördü.

Bu görüntülər Prezident İlham Əliyevin dünyada sahib olduğuyüksək nüfuzun bariz göstəricisidir. Bu nüfuz isə onun unikalnailiyyətlərinə əsaslanır: məhz İlham Əliyev 20 il ərzindəAzərbaycanı uğurlu, müasir və güclü bir dövlətə çevirməklə əslmöcüzəyə imza atıb.

Məhz Prezident İlham Əliyevin sayəsində 44 günlük müharibədətarixi qələbə qazanıldı, ölkənin suverenliyi bərpa olundu. Müasirvə peşəkar 21-ci əsr ordusunu yaradan və dünyaya tanıdan o oldu.Məhz dövlət başçısının sayəsində möhkəm iqtisadiyyat quruldu, onunuğurları ölkənin hazırkı rifahının açarına çevrildi.

Şübhəsiz ki, Azərbaycanın beynəlxalq imicinin formalaşmasındahəlledici rol oynayan Prezident İlham Əliyevin şəxsiyyəti olmuşdur.O, ölkəmizin nüfuzunu tarixdə ən yüksək səviyyəyə qaldırıb:Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib;Qoşulmama Hərəkatına sədrlik edərək, bu təşkilatın -planetin ikinciən böyük beynəlxalq birliyinin fəaliyyətini yenidən canlandırıb vədaha bir çox mühüm uğurlara imza atıb.

Prezident İlham Əliyevin gücü, nüfuzu, prinsipiallığı və parlaqşəxsi keyfiyyətləri, şübhəsiz ki, Donald Trampda böyük təəssüratyaradır. ABŞ Prezidenti dəfələrlə Azərbaycan liderinə olanrəğbətini və dərin ehtiramını açıq şəkildə nümayiş etdirib – bu,Nyu-Yorkdan yayımlanan həmin kadrlarda da aydın şəkildəgörünür.

Избранный
9
6
az.trend.az

7Источники