RU

Baş nazir qərar İMZALADI

Ajans.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir: Daimi komissiyanın sədri Baş nazir; Daimi komissiya sədrinin müavini; Rəqəmsal inkişaf və nəqliyyat naziri. Daimi komissiyanın üzvləri: Baş prokuror; Daxili işlər naziri; Fövqəladə hallar naziri; Xarici işlər naziri; Müdafiə naziri; Səhiyyə naziri; Dövlət Gömrük Komitəsinin sədri; Dövlət Mühafizə Xidmətinin rəisi; Dövlət Sərhəd Xidmətinin rəisi; Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi; Xarici Kəşfiyyat Xidmətinin rəisi; Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi; Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi.

Qərarla həmçinin, "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi” də təsdiqlənib.

Избранный
11
24
Ajans.az

10Источники