RU

İrəvan yaxınlığında icma rəhbəri qətlə yetirildi

Ermənistanın müxalifət partiyası “Aprelu Yerkir”in nümayəndəsi, Parakar icmasının rəhbəri Volodya Qriqoryan ötən gecə evinin yaxınlığında güllələnərək öldürülüb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə zamanı Qriqoryanın dostu – kriminal polis əməkdaşı da həlak olub, daha bir nəfər isə yaralanıb. Nazirliyin açıqlamasına görə, cinayəti tək bir killer törədib və hadisə yerindən qaçıb.

Baş nazir Nikol Paşinyan bu səhər qətli pisləyib və Daxili İşlər Nazirliyindən cinayətin açılmasını tələb edib.

Xatırladaq ki, o, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın rəhbərlik etdiyi “Aprelu Yerkir” partiyasının üzvü idi.

Избранный
38
2
operativmm.az

3Источники