Türkiyənin “Beyaz TV” kanalında yayımlanan “Beyaz futbol” proqramında növbəti dəfə “Qarabağ” klubunun çıxışı müzakirəyə çıxarılıb.
İdmanxeber.az-ın məlumatına görə, verilişin aparıcısı olan tanınmış şərhçi Ertem Şener Ağdam təmsilçisi barədə iddialı fikir səsləndirib.
O, “Qarabağ”ın Türkiyə Super Liqasında çempion ola biləcəyini vurğulayıb.