Layihəsi hazırlanmış və aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılmış 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti Dövlət Proqramında isə Azərbaycanın milli statistika sisteminin qarşısında duran yeni hədəflər də artıq müəyyən edilib.
Teleqraf xəbər veri ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bakıda keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda qeyd edib.
Beynəlxalq təcrübədən bəhrələnməklə milli statistika potensialının gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsi əsas prioritetlərimizdən biridir və bu məqsədlə Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir. Bu kontekstdə Koreya Statistika Komitəsi ilə əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Belə ki, həmin qurumla 2018-2022-ci illərdə 5 birgə layihə icra olunmuş, bu layihələr çərçivəsində yaradılmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi, “İnzibati məlumatların idarə olunması sistemi - ADİS” və elektron təlim (E-learning) portalları istifadəyə verilmişdir.
Hesab edirəm ki, milli statistika sistemlərinin inkişafı, yeni hədəflərin müəyyən edilməsi baxımından 2023-cü ildən etibarən MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən təşkil olunan və artıq ənənə halını almış Beynəlxalq Statistika Forumları xüsusi əhəmiyyət daşıyır. Qlobal statistik təşəbbüslərə inteqrasiyaya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə töhfə verən bu Forumların təşkilində əsas məqsəd müxtəlif ölkələrin statistika qurumlarını, beynəlxalq təşkilatları, elmi dairələrin nümayəndələrini bir araya gətirmək, statistika sahəsində qabaqcıl bilik və təcrübələri bölüşmək, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaratmaqdır.