RU

"Həddini aşır, böyük danışır" Canlı efirdə qalmaqal VİDEO

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gənc şair və müğənni Cəzahir Mirzəliyev ilə Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan arasında yenidən qalmaqal yaşanıb.

Bakupost.az xəbər verir ki, tərəflər arasındakı gərginlik aparıcı Elgiz Əkbərin təqdimatında yayımlanan “Elgizlə İzlə” verilişinin yeni mövsümünün ilk buraxılışında baş verib.

Elgiz Əkbərin Cəzahir barədə sualını cavablandıran Rasimə Seyidcahan heç kimdən incimədiyini vurğulayıb:

“Mən heç kimdən küsmürəm. Hər kəs öz sənətinin əsgəridir. Necə ki, əsgərlər torpağı qoruyurlar, sənət adamları da sənətini qorumalıdır. Mən hər şeyi yerində demişəm, buna ixtiyarım da var, təhsilim də icazə verir. Cəzahir isə bəzən həddini aşır, böyük danışır. Barışsaq da, mən sözümü demişəm və deməyə də hazıram”, - o bildirib.

Cəzahir Mirzəliyev isə onun sözlərinə cavab verərək ilk qalmaqala görə peşman olmadığını deyib və Elza Seyidcahanın yaradıcılığına toxunub:

“Siz deyirsiniz ki, sənətin əsgərisiz. Mən də məzlum insanların, köməyə ehtiyacı olanların əsgəriyəm. Sənəti qorumaq üçün hansısa ananın qoruyub saxladığı qızını efirdə ağlada bilməzsiz. Əgər sənəti düzəltmək istəyirsinizsə, əvvəlcə Elza Seyidcahandan başlayın, qoymayın o şeirləri yazsın”, - Mirzəliyev qeyd edib.

Xatırladaq ki, “Elgizlə İzlə”nin ötən mövsümündə də onların arasında qalmaqal yaşanmışdı. Həmin vaxt Cəzahir Mirzəliyev efirdə mahnı oxuyan iştirakçının nitq qüsurunu sərt şəkildə dilə gətirərək ağlatdığı üçün Rasimə Seyidcahanı tənqid etmişdi.

Lalə, Bakupost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
1
www.bakupost.az

2Источники