Türkiyənin Balıkesir vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Türkiyə saatı ilə 01:27-də Sındırqı rayonunda qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.