RU

Mourinyo "Benfika" ilə ilk şokunu yaşadı

Portuqaliya Liqasının 6-cı turunda Joze Mourinyonun başçılıq etdiyi "Benfika", evdə Rio Ave ilə 1-1 hesablı bərabərliklə kifayətləndi.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Estadio da Luz stadionunda keçirilən görüşdə  "Benfika"nın qolunu 86-cı dəqiqədə Heorhiy Sudakov, Rio Ave-nin cavab qolunu isə 90+1-də Andre Luiz vurdu.

Bu nəticə ilə 14 xala yüksələn "Benfika", lider Portonun 4 xal gerisində qaldı. Rio Ave isə xallarını 4-ə çatdıraraq 16-cı pilləyə yüksəldi.

Qeyd edək ki, Joze Mourinyo, Benfica ilə ilk matçında 3-0 hesablı qələbə qazanmışdı.

Избранный
18
manset.az

1Источники