RU

Tramp: Putinlə münasibətlər Ukrayna münaqişəsinin həllinə kömək etməyib

Rusiya lideri Vladimir Putinlə şəxsi münasibətləri yaxşı olsa da, bu münasibətlər Ukrayna münaqişəsinin həllinə heç bir təsir göstərmir.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasında Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı bəyan edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətləri Ukrayna münaqişəsinin həllinə töhfə verməyib.

“Mənim ən böyük məyusluğum Rusiya və Ukrayna ilə bağlı vəziyyətdir. Mən Putinlə münasibətlərimə görə bunun həllinin çox asan olacağını düşünürdüm, lakin təəssüf ki, bu münasibətlər mənasız olub”, – Tramp deyib.

//Gülnarə Abasova, Editor.az

Избранный
35
editor.az

1Источники