RU

Tramp: ABŞ NATO-ya silah tədarükünü davam etdirəcək

Tramp: ABŞ NATO-ya silah tədarükünü davam etdirəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton NATO ölkələrinə silah göndərməkdə davam edəcək və alyans bu silahlarla istədiyi kimi davranacaq.

AFN.az xəbər verir ki, D.Tramp bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra "Truth Social" hesabında paylaşım edib. O, Qərbin Kiyevə hərbi yardımının davam edəcəyini vurğulayıb.

ABŞ lideri qeyd edib ki, silah və texnika tədarükü Avropa tərəfindən maliyyələşdiriləcəyi halda Ukraynaya da davam etdiriləcək və prosesin koordinasiyasını NATO həyata keçirəcək.

Избранный
20
afn.az

1Источники