RU

Rusiya Qarabağ separatçılarının xüsusi nümayəndəsini axtarışa verib

Rusiya

Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi Boris Avaqyanı gömrükdən yayındığına görə axtarışa verib.

Reyting.az
-ın məlumatına görə, bunu məhkəmənin mətbuat nümayəndəsi Darya Lebedeva bildirib.

O qeyd edib ki, axtarışa verilən şəxs məhkəmə binasından qaçıb.

Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, Avaqyan hazırda Vasilyevski adasındakı Bolşoy prospektdə Ermənistan konsulluğunda gizlənir. Yerli prokurorluq onun ekstradisiyasını tələb edir.

Avaqyan və daha bir neçə nəfərin işinə 2024-cü ilin aprelindən baxılır. İşdə ümumilikdə 21 nəfər iştirak edir.

Məlumata görə, 43 yaşlı Ermənistan vətəndaşı Avaqyan məhkəmədə fasilə zamanı yoxa çıxıb. O, mühafizəçilərdən siqaret istəyib və sonra gözdən itib.

Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna sığınsa da, diplomatik nümayəndəlik bunu təsdiqləməyib.

Xatırladaq ki, Avaqyan sentyabrın 17-də Sankt-Peterburqun mərkəzində saxlanılmışdı.

“Armİnfo”nun məlumatına görə, Avaqyan Ermənistanda Qarabağ separatçılarının xüsusi nümayəndəsi və separatçıların sözdə “Daxili İşlər Nazirliyinin” Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini vəzifələrində çalışıb.

E. KAMAL
Избранный
57
reyting.az

1Источники