RU

5-ci tip diabet: Mütəxəssislər xəbərdarlıq edir

Onlarla mütəxəssis səhiyyə rəsmilərini gənc, arıq insanlara təsir edən diabetin diqqətdən kənarda qalan bir formasını rəsmən tanımağa çağırır...

Poliqon xəbər verir ki, bu barədə Daily Mail yazıb.

Nəşr qeyd edir ki, xəstəliyin bu az tanınan forması həm də 5-ci tip şəkərli diabet adlanır və bu diabet dünyada 25 milyona qədər insanı əhatə edir. Daily Mail izah edir ki, bu tip şəkərli diabet orqanizmdə kifayət qədər insulin, qanda şəkərin səviyyəsinə nəzarət edən hormon istehsal edilmədikdə və ya ondan səmərəli istifadə etmədikdə baş verir.

Qeyd edək ki, yeni aşkar edilmiş xəstəlik əsasən çəkisi az olan və ya uşaqlıqda ağır qidalanmadan əziyyət çəkən yeniyetmə və gənclərdə inkişaf edir. Bu, düzgün olmayan qidalanmanın orqanizmin insulin ifraz etmə qabiliyyətinə mənfi təsir göstərməsi ilə izah olunur.

Nəşr paylaşıb ki, bu xəstəliyin tədqiqi ilə məşğul olan mütəxəssislər bu xəstəliyin əsasən aşağı və orta gəlirli ölkələrdə arıq yeniyetmə və gənclərdə müşahidə olunduğunu qeyd edirlər. Mütəxəssislərin 5-ci tip diabetin səhv diaqnoz qoyulmasından və ya düzgün müalicə edilməməsindən narahat olduğu bildirilir, çünki elmi əsaslı müalicə tövsiyələri yoxdur.

Bildirilir ki, nüfuzlu Lancet Global Health jurnalında dərc olunan məqalədə İngiltərə də daxil olmaqla 11 müxtəlif ölkədən 50 tədqiqatçıdan ibarət qrup beynəlxalq diabet ictimaiyyətini xəstəliyin bu xüsusi formasını tanımağa çağırıb.

"Bu, dünya miqyasında milyonlarla insanın həyat keyfiyyətinə və uzunluğuna təsir göstərə bilər", deyə ekspertlər bildirib.

Məlumata görə, bu termin ilk dəfə 1955-ci ildə Yamaykada tibbi hesabatlarda ortaya çıxıb. Üç onillikdən sonra ÜST rəsmi olaraq "qidalanma ilə əlaqəli şəkərli diabet"i diabetin ayrıca bir növü kimi təsnif edib. Lakin 1999-cu ildə BMT agentliyi dəlil çatışmazlığı səbəbindən bu kateqoriyadan imtina edib.

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники