“Rosimuşestvo”nun keçmiş məmuru Boris Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda ölü tapılıb.
Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Onun intihar etdiyi bildirilir.
Qeyd edək ki, Avaqyan ümumi məbləği 4,2 milyard rubldan çox olan gömrükdən yayınma ilə bağlı iş üzrə həbs qətimkan tədbiri seçilməli olduğu məhkəmədən qaçıb. Rusiya mediası Avaqyanın Ermənistanda da axtarışda olduğunu, onun barəsində sərhədi qanunsuz keçmə və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması barədə iş açıldığını yazıb.