RU

Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsində fəaliyyət göstərən kitabxana rektor Cəfər Cəfərovun təşəbbüsü ilə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib. Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovanın bildirdiyinə görə, kitabxanada müxtəlif xarici dillərdə nəşrlər yer alıb. Kitablar əsasən elmi ədəbiyyət, ixtisas, bədii ədəbiyyat və tədrisə uyğun digər nəşrlərdən ibarətdir.

Zinharə Həsənova gələcəkdə oxu zalında kitab təqdimatlarının, müəlliflərlə görüşlərin və sərgilərin təşkil ediləcəyini bildirib.

Избранный
29
15
xalqqazeti.az

10Источники