RU

Gədəbəydə yol qəzası olub - xəsarət alanların sayı 20-yə çatıb


Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Избранный
37
6
baki-xeber.com

10Источники