RU

Zelenski: Budapeşt Memorandumu uğursuz oldu, yeni təhlükəsizlik arxitekturası qururuq

Budapeşt Memorandumu uğursuz oldu və boş sözlərə çevrildi, ona görə də Ukrayna yeni təhlükəsizlik arxitekturasını qurur...

 

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı deyib.

O, nüvə silahından imtina müqabilində Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bağlanan Budapeşt Memorandumunun uğursuz olduğunu vurğulayıb. Zelenski əlavə edib i, bu uğursuzluq beynəlxalq vədlərin boş sözlərə çevrilə biləcəyini sübut edib.

"Ona görə də bu gün Böyük Britaniya, Fransa və artıq 30-dan çox ölkə ilə birlikdə bizim istəkli koalisiyamızda yeni təhlükəsizlik arxitekturası qururuq. Biz ABŞ-ın etibarlı dəstəyinə ümid edirik", deyən dövlət başçısı əlavə edib ki, real təhlükəsizlik təminatları Rusiya Federasiyasının bir daha keçə bilməyəcəyi xəttə çevrilməlidir.

Zelenski əlavə edib ki, Rusiya lideri Vladimir Putin danışıqlardan qorxur və diplomatiyaya can atdığını iddia edərək yalnız qətllərə vaxt qazanmaq üçün xaricə səfər edir.

Qeyd: 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna, Rusiya Federasiyası, ABŞ və Böyük Britaniya arasında nüvə silahından imtina etdikdən sonra onun təhlükəsizliyinə zəmanət verən memorandum imzalanıb. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ukrayna dünyada üçüncü ən böyük nüvə arsenalına sahib idi. Lakijn zəmanətli təhlükəsizlik müqabilində nüvə silahlarını Rusiyaya təhvil verməyə razılaşıb.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники