Ötən gün “Gizir Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həlak olub.
Əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdamın İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. 1992-ci ildə könüllü olaraq orduya qatılıb.
O, döyüşlərdə 3 dəfə ağır yaralanıb. Dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdə Səyyaf Əhmədovun “Qarabağ şikəstəsi”ni ifa etdiyi görüntü yayılıb.
Həmin videonu təqdim edirik: