RU

FIFA dünya çempionatına tarixi dəyişiklik: 64 komanda planı üzə çıxdı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2030-cu il dünya çempionatının 64 milli yığma ilə keçiriləcəyi bildirilib.
 
Moderator.az-ın məlumatına görə, bu barədə "Ole" nəşri xəbər yayıb.
 
Məlumata görə, FIFA Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dünya çempionatında iştirakçıların sayının artırılması ilə bağlı təklifini dəstəkləyəcək. Bu qərarla çempionat iştirakçılarının sayı rekord səviyyəyə çatacaq.
 
Beləliklə, turnirin formatı da dəyişəcək. Dünya çempionatında ümumilikdə 16 qrup olacaq və hər qrupda dörd komanda yer alacaq. Pley-off mərhələsinə isə hər qrupdan ən yaxşı iki yığma vəsiqə qazanacaq.
 
2030-cu il Dünya Çempionatının oyunları İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda təşkil olunacaq. Üç qrupun matçları tamamilə Cənubi Amerikada, qalan oyunlar isə Avropa və Afrikada keçiriləcək.
 
Qeyd edək ki, FIFA daha əvvəl də çempionatın iştirakçı sayını 32-dən 48-ə qədər artırmışdı. 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək mundial 48 komandalı formatda təşkil olunan ilk turnir olacaq.
Избранный
29
2
moderator.az

3Источники