RU

Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

20 sentyabr 2025-ci il tarixində Azərbaycan KibertəhlükəsizlikMərkəzi, “Women in Cybersecurity Azerbaijan” və “TEXIO AcademyAzerbaijan” ın birgə təşkilatçılığı ilə "KibertəhlükəsizlikdəQadınlar: Karyera və Təhsil" adlı tədbir keçirilib. Tədbirdəkibertəhlükəsizlik sahəsinə maraq göstərən tələbələr, gəncmütəxəssislər, eləcə də karyerasını bu istiqamətdə qurmaq istəyənqadınlar iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılara kibertəhlükəsizlik sahəsiüzrə təhsil imkanları, təqaüd və könüllülük proqramları təqdimolunub. Eyni zamanda bu sahədə uğur qazanmış mütəxəsisslərinkaryera yolları və uğur hekayələri müzakirə edilib. Tədbirindavamında spiker və mütəxəssislərlə interaktiv panel sessiyalarıkeçirilib. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallarcavablandırılıb, qarşılıqlı tanışlıq və təcrübə mübadiləsi üçünnetvörkinq imkanı yaradılıb.

Qeyd edək ki, sözügedən tədbirin həyata keçirilməsində əsasməqsəd kibertəhlükəsizlik sahəsində qadınların fəallığını artırmaq,onların peşəkar inkişafına dəstək olmaq, eyni zamanda gənc nəslinbu istiqamətə marağını gücləndirməkdir.

Qadınlar
Qadınlar
Qadınlar
Qadınlar
Избранный
32
4
az.trend.az

5Источники