RU

Müəllimlərə hədiyyə verilməsi qadağandır - MÜTDA

Elm və Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı açıqlama yayıb və müəllimlərə hədiyyə verilməsi, pul yığılması kimi halların qadağan olunduğunu bildirib. Bu barədə Məktəbəqədər və Ümumumtəhsil Dövlət Agentliyi məlumat yayıb.

Nazirlik tərəfindən təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları”na əsasən, bu tələbin məqsədi təhsil müəssisələrində sağlam psixoloji mühitin qorunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi və şəffaflığın təmin edilməsidir.

Açıqlamada qeyd olunub ki, valideyn və şagirdlərin müəllimləri təbrik etməsi yalnız mənəvi dəstək və hörmətlə ifadə olunmalı, maddi və qeyri-maddi nemətlərin təqdim edilməsinə yol verilməməlidir.

Избранный
48
anews.az

1Источники