RU

Yaşıl çay hamilə qadınlar üçün təhlükəlidir?

Çay hamilə qadınlar və həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün gizli təhlükə ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə terapevt İrina Babina aif.ru-ya danışıb.

Onun sözlərinə görə, dünyada ikinci ən populyar içki olan çay bəzi qruplar üçün sağlamlıq riski yaradır.

Mütəxəssis bildirib ki, son araşdırmalar risk qrupuna daxil olan insanların sayının artdığını göstərir və onlara həm qara, həm də yaşıl çayın istifadəsini məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq tövsiyə olunur.

“Buraya, ilk növbədə, hamilə qadınlar daxildir. Çayın tərkibindəki kofein plasentadan keçərək dölün ürək ritminə və tənəffüs sisteminə təsir göstərə bilər. Xüsusilə yaşıl çay bu baxımdan daha təhlükəlidir. Həkimlər hamilə qadınlara gündə bir fincandan artıq yaşıl çay içməməyi və ya bitki çaylarına üstünlük verməyi məsləhət görürlər”, - deyə Babina vurğulayıb.

Ekspert əlavə edib ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar da çay qəbulunda ehtiyatlı olmalıdırlar.

“Qara çay turşuluğu artırır, buna görə də mədə xorasında, pankreatitdə və qastritdə məsləhət görülmür. Yaşıl çay isə mədəni qıcıqlandıra və xüsusən ac qarına qəbul edildikdə ağrı sindromuna səbəb ola bilər”, - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Избранный
86
1
redaktor.az

2Источники