Bakıda çoxmərtəbəli binada yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.
Bundan əlavə, yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта