RU

Bu ölkədə daşqınlar oldu - 3 mindən çox sakin təxliyə edildi

Tayvanda güclü yağışlar və daşqınlar nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb.

Missiya.Az xəbər verir ki, məlumatı ölkənin rəsmi CNA agentliyi yayıb.

Qeyd olunur ki, Hualien əyalətinin Qanfu bölgəsində Matay’an gölü daşaraq yaşayış məntəqələrini su altında qoyub. Həlak olanların əksəriyyətinin yaşlı insanlar olduğu bildirilir.

Daşqın nəticəsində bölgədə 3 mindən çox sakin təxliyə olunub. Ev və küçələri su basıb, bir sıra infrastruktur obyektləri sıradan çıxıb. Qanfu qatar stansiyası və avtomobil körpüsü zədələnib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
31
1
missiya.az

2Источники