Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,76 ABŞ dolları, yaxud 2,53 % artaraq 71,22 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı neftin əvvəlki qiyməti 69,46 ABŞ dolları təşkil edib.