RU

Gədəbəyə işə gedən müəllimlərin mikroavtobusu aşdı - Xəsarət alanlar var

Gədəbəyədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub.

Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda olanlar müəllimlər olub. Onlar Gəncədən Gədəbəyə işə gedirmişlər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
44
1
unikal.az

10Источники