Üç ölkənin komandaları Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunlar Belarusun stolüstü tennis komandası, Özbəkistanın U-15 futbol komandası və Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis yığmasıdır.
İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.