RU

Rəsmi qonqalar, maarifləndirici tamaşa, maarifləndirmə və əyləncə: Sağlamlıq Düşərgəsinin II günü - FOTOLAR » AzadMedia.az



Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, 19–21 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə ANA & BALA 7 Sağlamlıq Yay Düşərgəsi gerçəkləşib. Layihə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqların və onların ailə üzvlərinin sağlamlığının qorunmasına, maarifləndirilməsinə və istirahətinə həsr olunub.

Düşərgənin ikinci günündə Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Dr. Gülay Qurbanzadə və komandası “Hemofiliyanın fəsadlarının aradan qaldırılmasında fizioterapiya və reabilitasiyanın rolu” mövzusunda seminar keçirdi. Ardınca uşaqlar müayinədən keçirildi və fərdi konsultasiyalar təşkil olundu. Daha sonra Qastroenteroloq, DNT dietoloq Dr. Nərmin Novruzova uşaqların sağlam qidalanması və artıq çəkidən azad olunması ilə bağlı məruzə etdi və sualları cavablandırdı.

Rəsmi hissədə Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov iştirakçılarla görüşdülər. İctimai birliyin sədri Ayaz Hüseynov 2024–2025-ci illər ərzində görülən işlər barədə məlumat verdi. Hemofiliyalı uşaqların ifasında təqdim olunan maarifləndirici tamaşa tədbirə xüsusi rəng qatdı. Qonaqlar ölkə rəhbərliyinin həssas qruplara göstərdiyi diqqəti yüksək qiymətləndirdilər. Sonda düşərgəyə qatılan 50 məktəbliyə bütün ləvazimatlarla təmin olunmuş məktəb çantaları hədiyyə edildi.

Ümumilikdə düşərgə çərçivəsində uşaqlar və valideynləri üçün idman və əyləncəli proqramlar, sağlam həyat tərzi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirildi.

Pilot xarakter daşıyan ANA & BALA 7 Sağlamlıq Düşərgəsi gələcəkdə əlilliyi olan 18 yaşadək uşaqların sanator-kurort müalicəsinə cəlb edilməsinin və bu istiqamətin inkişafının vacibliyini önə çəkir. Layihənin əsas məqsədi bilik və təcrübə paylaşaraq uşaqların sağlam böyüməsinə dəstək olmaqdır.

Fotolar
Избранный
44
3
azadmedia.az

4Источники