RU

ABŞ Ukraynaya silah satışından fayda əldə edir, ... - Ağ Ev

ABŞ vergi ödəyiciləri Ukraynaya yeni silah satışından faydalanır, çünki onlar artıq pulsuz olaraq verilmir, ödəniş NATO ölkələri tərəfindən həyata keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat katibi Karolin Levitt Fox News telekanalında bildirib.

“Prezident bəyan etdi ki, biz NATO-ya silah satmağa davam edəcəyik, alyans və Ukrayna bu silahlardan necə istifadə edəcəyini seçə bilər. Ancaq bu silah müqaviləsinin prezident Tramp dövründə müzakirə olunduğu üsul Amerikanı birinci yerə qoyur, çünki biz o silahları Ukraynaya, yəni NATO-ya satırıq və alyans həmin silahları Ukraynaya verir, buna görə də Amerika vergi ödəyiciləri faydalanır.

Bu, Bayden administrasiyası ilə müqayisədə bir dəyişiklik və mövqe dəyişikliyidir" - Levitt qeyd edib.

Избранный
30
ucnoqta.az

1Источники