RU

Rusiyada inəklərin beyninə çip yeridildi - Nəticələr gözlənilməz oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada inəklərin beyninə çip implant edilib, bununla da heyrətamiz nəticələr əldə olunub.
Oxu.Az bildirir ki, bu barədə "360.ru" "Telegram" kanalı xəbər yayıb.
Yeni texnologiya heyvanların ənsə nahiyəsinə elektrodların yerləşdirilməsinə əsaslanır. Mütəxəssislərin açıqlamalarına görə, bu üsul gözlənilməz şəkildə inəklərin stres səviyyəsini aşağı salıb, beyin aktivliyini artırıb və iştahalarını yaxşılaşdırıb - beləliklə, onların süd istehsalı əhəmiyyətli dərəcədə artıb.
Təcrübə süni intellekt və heyvan texnologiyaları sahəsində fəaliyyət göstərən "Neyroroqi" şirkəti tərəfindən həyata keçirilib.
"Yeni texnologiya süd heyvandarlığında məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması üçün perspektivlər açır", - deyə şirkətdən vurğulanıb.
Избранный
66
50
oxu.az

10Источники